Polis yağ və şokolad oğurlayan gürcüləri saxladı
17 yanvar 2022 01:21 (UTC +04:00)

Polis yağ və şokolad oğurlayan gürcüləri saxladı

Fransanın Drom departamentində polisin təsadüfi yoxlaması zamanı 2 nəfərin böyük həcmdə oğurluq etdiyi məlum olub.

Lent.az-ın xəbərinə görə, polislər saxladıqları avtomobilin yük yerinə baxış keçirərkən oradan 80 qutu kərə yağı və külli miqdarda bahalı şokolad aşkara ediblər.

Polis idarəsində dindirmə zamanı saxlanan şəxsləri n Gürcüstan vətəndaşları olduğu üzə çıxıb. Müstəntiqlər bildiriblər ki, son vaxtlar departamentdə bu tip kiçik əşyaların oğurlanması geniş yayılıb.

Məhkəmənin qərarı ilə hər 2 gürcü barədə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb. 

# 1902
avatar

Oxşar yazılar