Pakistanın Azad Cammu Kəşmir bölgəsində hərəkət edən sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 23 nəfər ölüb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, avtobusda otuzdan çox sərnişin olub.
Hadisənin baş vermə səbəbi məlum deyil.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.