Omicron ştamı Pekində də  AŞKARLANDI
15 yanvar 2022 18:53 (UTC +04:00)

Omicron ştamı Pekində də AŞKARLANDI

 

Çinin paytaxtı Pekin şəhərində koronavirusun Omicron ştamına ilk yoluxma halı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin açıqlamasında deyilir.

Qeyd olunur ki, yoluxmuş şəxs şəhərin şimal-qərbindəki Haydian rayonunda aşkarlanıb.

Xatırladaq ki, ötən ilin dekabrın 13-də Çində Omicron ştamına ilk yoluxma halı Pekindən 150 km aralıda yerləşən Tyantszin şəhərində qeydə alınıb. Yoluxmuş şəxs ölkəyə dekabrın 9-da xaricdən gəlib.

Qeyd edək ki, yanvarın əvvəlində Çin Xarici İşlər Nazirliyi dünyada Omicron ştamının sürətlə yayılmasına baxmayaraq, Pekində Qış Olimpiya Oyunlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

XXIV Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində, Paralimpiya oyunları isə martın 4-dən 13-dək keçiriləcək.

# 1350
avatar

Oxşar yazılar

ABŞ İraqı vurdu

ABŞ İraqı vurdu

20 aprel 2024 , 04:18
İranlı ilə erməni MMA döyüşçünün yarışında KÜTLƏVİ DAVA

İranlı ilə erməni MMA döyüşçünün yarışında KÜTLƏVİ DAVA

20 aprel 2024 , 03:55
Maşın xəndəyə aşdı,  ölən və yaralanananlar var

Maşın xəndəyə aşdı, ölən və yaralanananlar var

20 aprel 2024 , 02:22
Hərbi reportyor öldü

Hərbi reportyor öldü

20 aprel 2024 , 01:50
Elçilikdə qızın qardaşı ov tüfəngi ilə vuruldu

Elçilikdə qızın qardaşı ov tüfəngi ilə vuruldu

20 aprel 2024 , 00:42
Minsk qrupunun ilk həmsədri öldü

Minsk qrupunun ilk həmsədri öldü

19 aprel 2024 , 21:27
Bu vulkan  hər gün göyə 6000 dollar   püskürür

Bu vulkan hər gün göyə 6000 dollar püskürür

19 aprel 2024 , 18:44
Qızardılmış sərçə  verən kafe qalmaqala səbəb oldu

Qızardılmış sərçə verən kafe qalmaqala səbəb oldu

19 aprel 2024 , 13:15