Ölkədə fövqəladə vəziyyət elan olundu - Olimpiya Oyunlarına iki həftə qalmış
08 iyul 2021 17:15 (UTC +04:00)

Ölkədə fövqəladə vəziyyət elan olundu - Olimpiya Oyunlarına iki həftə qalmış

Tokio Olimpiya Oyunlarının başlanmasına iki həftə qalmış ölkədə fövqəladə vəziyyət elan edilib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, COVİD-19 virusuna yoluxanların sayında müşahidə edilən artım səbəbi ilə Yaponiyada avqustun 22-nə kimi fövqəladə vəziyyətdir.

Rəsmilər düşünürlər ki, olimpiya oyunları keçirilsə, virusa nəzarət edə bilməyəcəklər. Təşkilatçılar yarışların azarkeşlərsiz keçirilməsini təklif ediblər. 

Qeyd edək ki, daha əvvəl 2020 –ci ilin 24 iyul - 9 avqust tarixlərində keçirilməsi planlaşdırılan və epidemiya səbəbi ilə təxirə salınan Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçirilməsinə qərar verildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Nigar Adil

Oxşar yazılar