Nikaraqua da bu beynəlxalq təşkilatdan  çıxdı
28 fevral 2025 04:41 (UTC +04:00)

Nikaraqua da bu beynəlxalq təşkilatdan çıxdı

Nikaraqua öz suverenliyinə hörmətsizlik və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının qərəzli yanaşmasına görə BMT-nin İnsan Hüquqları Şurasından çıxır.

Lent.az xəbər verir ki, bu barədə Nikaraquanın xarici işlər naziri Valdrak Centskenin BMT-nin İnsan Hüquqları Şurasının sədri Yurq Lauberə ünvanladığı məktubda deyilir.

"Nikaraqua üçün bu hörmətsiz mexanizmlər öz təbiətini və mahiyyətini itirib. Biz onları tanımırıq və özümüzü suverenliyin, dövlətlərin bərabərliyinin və xalqların ləyaqətinin pozulmasının bir hissəsi və ya ortaqları hesab etmirik. Bu səbəbdən Nikaraqua özünün suveren və yekun qərarını Şuranın İnsan Hüquqları portalından çıxarmaq barədə dərc olunmuş mesajını quruma çatdırır", - məktubda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar