NATO qırıcıları Rumıniyaya gəldi
26 noyabr 2022 05:20 (UTC +04:00)

NATO qırıcıları Rumıniyaya gəldi

İtaliya HHQ-nə məxsus 10  “Eurofighter Typhoon” qırıcı təyyarəsi Rumıniyanın Konstansa vilayətindəki aviabazaya enib.

Lent.az xəbər verir ki, bu barədə Rumıniya Ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bazada NATO-nun komandanlığı altında 150 hərbçi rumıniyalı zabitlərlə birgə rotasiya qaydasında xidmət aparacaq. 
Eyni zamanda cümə günü başqa bir hərbi bazaya İspaniyadan 6 ədəd “CF-18 Hornet” qırıcısı gəlib. 
 

# 1368
avatar

Oxşar yazılar