Müharibənin Ukraynaya vurduğu ziyan  AÇIQLANDI
28 mart 2022 14:19 (UTC +04:00)

Müharibənin Ukraynaya vurduğu ziyan AÇIQLANDI

Rusiya-Ukrayna müharibəsi başlayandan bu günədək Ukraynaya 564 milyard dollar ziyan dəyib.

Lent.az-n məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat naziri Yuliya Svridenka bildirib. Onun sözlərinə görə, artıq təxmini hesablama aprılıb. Ən çox ziyanın isə infrastruktura dəydiyi müəyyən olunub. Buraya 8 min kilometr dağıdılmış yollar, sıradan çıxarılan onlarla dəmiryol vağzalları və hava limanları daxildir.

“İnfrastruktura 119 milyard dollar ziyan dəyib. 10 milyon kv/m yaşayış sahəsi məhv edilib. Bu isə təxminən 91 milyard dollar təşkil edir” -  o bildirib.

Nazir dəyən ziyanın hər gün artdığını da əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340
avatar

Mehman Nəbiyev

Oxşar yazılar