Müəllim şagirdi ilə cinsi əlaqədə olduğu üçün həbs edildi
24 may 2024 04:24 (UTC +04:00)

Müəllim şagirdi ilə cinsi əlaqədə olduğu üçün həbs edildi

ABŞ-ın Şimali Karolina ştatında müəllim şagirdi ilə cinsi əlaqədə olduğu üçün həbs edilib.

Lent.az xəbər verir ki, bu barədə WBTV məlumat yayıb.

28 yaşlı Oliviya Dennis Şarlotta məktəbində orta məktəbdə dərs deyirdi. Polisdən verilən məlumata görə, o, özündən on yaş kiçik tələbələrindən biri ilə münasibət qurub. Onlar ən azı üç dəfə cinsi əlaqədə olublar və bu, məktəbdən kənarda baş verib.

Hüquq-mühafizə orqanları Dennisin tələbə ilə münasibətindən xəbər tutanda onu müsahibəyə dəvət ediblər. Söhbətdən sonra müəllim həbs edilib. O, üç cinsi zorakılıq maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057
avatar

Oxşar yazılar