Meymunçiçəyi ilə bağlı  SEKS XƏBƏRDARLIĞI
28 iyul 2022 15:00 (UTC +04:00)

Meymunçiçəyi ilə bağlı SEKS XƏBƏRDARLIĞI

Bütün dünyada meymunçiçəyi virusu ilə bağlı narahatlıqlar olduğu vaxtda Ümumdünya Səhiyyə Təşkilatından yeni xəbərdarlıq gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST cinsi partnyorların sayının məhdudlaşdırılmasını tövsiyə edib:

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus, infeksiyadan qorunmağın ən yaxşı yolunun təmas riskini azaltmaq olduğunu bildirib:

“Hazırda cinsi partnyorların sayını azaltmağı düşünməli, yeni partnyorlarla cinsi əlaqəni yenidən nəzərdən keçirmək lazımır”.

Geylər arasında meymunçiçəyi virusunun artdığını vurğulayan Qebreisus onlara da xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru bəyan edib ki, 78 ölkədə 18 000-dən çox insan meymunçiçəyi virusuna yoluxub. Bu halların 70 faizi Avropada baş verib. 

Qeyd edək ki, bu virus əsasən yaxın təmas yolu ilə ötürülür və son epidemiyaya qədər dünyanın digər yerlərində nadir hallarda müşahidə edilirdi. ÜST sürətlə yayılan meymunçiçəyi virusunu dünya miqyasında fövqəladə vəziyyət elan etdikdən sonra Avropa Komissiyası virusa qarşı hazırlanmış “Imvanex” peyvəndinin satışına icazə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561

Oxşar yazılar