Məşhur youtuber və sevgilisi midyedən zəhərləndi, biri öldü
17 iyul 2024 23:13 (UTC +04:00)

Məşhur youtuber və sevgilisi midyedən zəhərləndi, biri öldü

Məşhur Amerikalı youtuber Billi Leblank rəfiqəsi Natali Klark ilə çiy midye yedikləri üçün xəstəxanaya yerləşdiriliblər.

Lent.az xəbər verir ki, ABŞ-da yaşayan bir youtuber və sevgilisi çiy midye yedikdən sonra nadir bir bakterial infeksiyaya yoluxublar və bu onun sevgilsinin ölümünə səbəb olub.

Amerikalı “YouTube” ulduzu 44 yaşlı Billi Leblank və onun sevgilisinin nadir, lakin ciddi ət yeyən bakteriya olan Vibrio vulnifikus infeksiyasına yoluxduğu bildirilir.

“İstiridyə yedik, sonra ikimiz də bir neçə gün xəstələndik. Sonra oyandım və o, artıq yox idi” – deyən Leblankın sözlərinə görə, onun rəfiqəsi nahardan bir neçə gün sonra dünyasını dəyişib.

Leblank xəstəxanada 12 gün keçirib, onlardan 8-i reanimasiyada olub. Onun sevgilisini isə xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sözügedən bakteriya insanlara çiy və ya az bişmiş dəniz məhsulları yeməklə keçir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939
avatar

Oxşar yazılar