ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin siyasətinin uğursuz olduğunu bildirib.
Lent.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşımında hakimiyyətin COVID-19 epidemiyasına qarşı mübarizə apara bilmədiyini qeyd edib.
Bundan əlavə, o, mağazalardakı ehtiyatın tükəndiyini, benzinin qiymətinin artdığını, ölkə sərhədində vəziyyətin bərbad olduğunu və hökumətin Əfqanıstanda alçaldığını bildirib.
Bunları əsas gətirən Tramp “Mənim üçün darıxmamısınız?”, sözləri ilə açıqlamasına son verib.
Qeyd edək ki, Donald Tramp 2016-2021-ci illərdə ABŞ-ın 45-ci prezidenti olub.