Marka Bodin
21 aprel 2021 19:45 (UTC +04:00)

Marka Bodin

Məktəbli ilə sevişib çılpaq şəkil çəkdirən müəllim tutuldu

ABŞ-ın Texas ştatında polis orta məktəbdə ingilis dilindən dərs deyən 31 yaşlı müəllim həbs edilib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu günlərdə 16 yaşlı bir gənc hüquq-mühafizə orqanlarına müraciət edib və son üç ildə müəlliməsi Marka Bodin ilə münasibətdə olduğunu söyləyib. Qadın onu intim münasibətə məcbur edib, davamlı açıq-saçıq şəkillər və videolar göndərib.

“Bu kömək üçün bir fəryad idi. Oğlan məktəbin administrasiyasına və polisə müraciət edib. Artıq sadəcə dözə bilmədiyini düşündüyünə görə polis şöbəsinə gəlib”, - polis rəisi Ceff Bert deyib.

Qadın dərhal nəzarətə alınıb, çünki oğlanın telefonunda kifayət qədər dəlil olub. 

Marka hər şeyi inkar edib və altıncı sinif şagirdinin əvvəlcə onu incitdiyini bildirib. Guya məktəbli onu seksə məcbur edib, əks halda özünə zərər verəcəyi ilə şantaj edib. Ancaq sosial şəbəkədəki yazışmalar bunun əksini sübut edib. 

Müəllimin təqsiri sübut olunarsa, 25 il azadlıqdan məhrum ediləcək. Hazırda 100 min dollar girov müqabilində həbsdən buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3222
avatar

Oxşar yazılar