Mask Türkiyədəki seçkilərə müdaxilə etməkdə günahlandırılır
01 iyun 2023 06:53 (UTC +04:00)

Mask Türkiyədəki seçkilərə müdaxilə etməkdə günahlandırılır

“Twitter” sosial şəbəkəsinin sahibi İlon Mask Türkiyədə keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunur.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortez deyib.

O deyib ki, Mask gələcəkdə ABŞ-da belə bir prosesə də müdaxilə edə bilər.

Onun sözlərinə görə, Türkiyə hökumətinin tələbi ilə "Twitter" hesablarının bloklanması milyarderin əleyhinə işləyib.

"Gələn il keçiriləcək seçkilərdən narahatam, nəzərə alsaq ki, Mask Türkiyədəki seçkilərə təsir göstərib", - deyə o bildirib.

Xatırladaq ki, Türkiyədə seçki mayın 29-da başa çatıb. Rəcəb Tayyib Ərdoğan qalib gəldi. O, ikinci turda səslərin 52 faizini qazanıb. Rəqibi Kamal Kılıçdaroğluna seçicilərin cəmi 47%-i səs verib.

# 1389
avatar

Oxşar yazılar