Liman şəhərində partlayış: 5 nəfər öldü
15 avqust 2022 08:37 (UTC +04:00)

Liman şəhərində partlayış: 5 nəfər öldü

Ekvadorun liman şəhəri olan Quayakildə baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, səhər saatlarında baş verən hadisə zamanı səkkiz ev və iki avtomobil partladılıb.

Ekvadorun daxili işlər nazirinin sözlərinə görə, bu, silahlı dəstələr tərəfindən hökumətə qarşı müharibənin elan edilməsi deməkdir.

Bu hadisədən sonra Ekvadorun insanların ən sıx məskunlaşdığı Quayakil şəhərində fövqəladə vəziyyət elan edilib. Bu, silahlı dəstələrin zorakılığı səbəbindən Ekvadorda oktyabr ayından bəri elan edilən dördüncü fövqəladə vəziyyətdir.
 

# 1776
avatar

Oxşar yazılar