Kimsəsiz adaya  düşdülər, kokosla qidalanıb sağ qaldılar
13 aprel 2024 06:41 (UTC +04:00)

Kimsəsiz adaya düşdülər, kokosla qidalanıb sağ qaldılar

Mikroneziyada üç dənizçi okeanın ortasında yerləşən kimsəsiz adada bir həftədən çox müddətdə ilişib qalıblar.

Lent.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Balıq tutarkən güclü dalğalar onların gəmisini zədələyib.

Dənizçilər ən yaxın sahilə üzmək məcburiyyətində qalıblar və nəticədə onlar Yap əyalətindəki kimsəsiz Pikelot adasına düşüblər.

Sahil mühafizəsi ilə əlaqə saxlamaq üçün istifadə edə bildikləri rabitə vasitəsinin enerjjisi tükəndiyi üçün palma yarpaqlarından sahildə “help” sözünü yazıblar.

Bütün bu müddət ərzində onlar kokos yeyib, bəzən yerli balıqçıların ziyarət etdiyi adadakı kiçik bir quyudan şirin su içiblər.

İtkin düşmüş şəxslərin axtarışlarına aprelin 6-da onların yaxınlarından biri xilasedicilərə zəng edərək itkin düşmələri barədə məlumat verdikdən sonra başlayıb.

Bir gün sonra axtarış-xilasetmə əməliyyatı zamanı patrul təyyarəsinin ekipajı Pikelot sahilində palma yarpaqlarından hazırlanmış “kömək” sözünü aşkar ediblər.

Əməliyyat koordinatorunun sözlərinə görə, bu, xilasedicilərə dənizçiləri tez tapmağa kömək edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar