İsveçdəki seçkilərdə 6 soydaşımız qələbə qazandı
26 sentyabr 2022 18:45 (UTC +04:00)

İsveçdəki seçkilərdə 6 soydaşımız qələbə qazandı

İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız ölkə, əyalət, bələdiyyə məclislərində yer alıblar. Bu məlumat sosial şəbəkələrdə yayılıb.

Lent.az xəbər verir ki, Sosial Demokratlar Partiyasında təmsil olunan Aylin Fazrlian ölkə parlamentinə, İradə Şöderberq region məclisinə, Xalidə Mərifət Huddingen bələdiyyə məclisinə, Mərkəz Partiyasından Aida Kərimli Vastara Götalang region məclisinə, Turan Əliyev Partille şəhər məclisinə, Moderat Partiyasından Amina Sadiqbəyli Solentula bələdiyyəsinə seçiliblər.

# 1494
avatar

Oxşar yazılar