İsrailin Suriyadakı İran konsulluğuna endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərdən 6-sı Suriya vətəndaşıdır.
Qeyd edək ki, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləridir.
***
saat 01:48
İsrailin Suriyayada İran konsulluğunu vurması nəticəsində ölənlərin sayı artıb.
Lent.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayaıb.
Hadisə nəticəsində 11 nəfər həlak olub.
Ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iranlı hərbi məsləhətçiləri, üçü Suriya, digəri isə Livan vətəndaşıdır.
***
01.04.2024
Saat 23:00
SEPAH 7 üzvünün İsrailin Suriyadakı İran konsulluğuna hücumda öldüyünü təsdiqləyib.
Lent.az xəbər verir ki. bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi ictimaiyyətlə əlaqələr idarəsi bəyanat yayıb.
Bildirilib ki, Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində ölüb.
***
Saat 21:06
İsrail İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirib.
Lent.az xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib
“İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə aldı. Təxminən yeddi nəfər öldürülüb. İndi heç bir ad açıqlaya bilmərəm”, - deyə İranın Suriyadakı səfirinin açıqlamasında bildirilib.
Rəsmi olmayan məlumatlara görə isə hücumda bir neçə iranlı diplomat ölüb.
Həmçinin İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi, onun müavini Hacı Rəhimi və SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah öldürülüb.
Dövlət mediası daha əvvəl bildirmişdi ki, bu gün tətil olduğu üçün binada heç bir işçi olmayıb.
Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib. Qeyd edilib ki, hücum nəticəsində binada olan bütün insanlar ölüb və ya yaralanıb.