İş adamı yeniyetmə qızları “bahalı həyat”la şirnikləndirib zorladı
14 avqust 2025 19:20 (UTC +04:00)

İş adamı yeniyetmə qızları “bahalı həyat”la şirnikləndirib zorladı

Rusiyanın Yekaterinburq şəhərində məhkəmə yetkinlik yaşına çatmayanlara qarşı seksual xarakterli cinayətlərdə ittiham olunan 40 yaşlı yerli biznesmen barəsində həbs qətimkan tədbiri seçib.

Lent.az yerli mediaya istinadla bildirir ki, kişi 16 yaşına çatmamış iki məktəbli ilə cinsi əlaqədə olmaqda şübhəli bilinir. Cinayət işi iki və daha çox azyaşlıya qarşı seksual hərəkətlər maddəsi üzrə açılıb.

İstintaqın məlumatına görə, iş adamı biri 14 yaşında olan iki qızla intim münasibətdə olub. Zərərçəkənin anası kişinin hərəkətindən xəbər tutandan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs qızın yaşını bilsə də, onu restoranlara, əyləncə məkanlarına aparıb, elit yaşayış kompleksindəki mənzillərə dəvət edərək, onu “bahalı həyat”la şirnikləndirib.

Məhkəmə şübhəlinin 11 oktyabr 2025-ci il tarixinədək həbs qətimkan tədbiri seçilməsinə qərar verib. İstintaq davam edir, təqsirləndirilən şəxs təqsirli bilinmir. 

Bu hadisə bölgədə geniş ictimai rezonansa səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar