İngiltərənin şimalındakı Lids şəhərində etnik pakistanlıların iştirakı ilə iğtişaşlar baş verib.
Lent.az xəbər verir ki, bu barədə Talk TV məlumat yayıb.
İlkin məlumata görə, iğtişaşlar hüquq-mühafizə orqanlarının ərazidə yaşayan bir ailədən 5 uşağı götürməsindən sonra başlayıb.
Sosial xidmət əməkdaşlarının çağırışından sonra polis hadisə yerinə gəlib.
Proseslər disfunksional ailədən olan uşağın qəsdən kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilməsi fonunda baş verib.