İsveçrədə Alp dağlarında yaşlı qadın inək sürüsü tərəfindən tapdalanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Qraubünden kantonunun Andiast kəndində baş verib. İlkin məlumata görə, 91 yaşlı çoban sürüsünü yolun dar hissəsindən keçirməyə çalışırmış. Bu zaman o, müvazinətini itirərək yıxılıb. Sürü yoluna davam edib və o, inəklərin ayaqları altında qalıb.
Qadını oğlu huşsuz vəziyyətdə tapıb. O, hadisə yerinə təcili tibbi yardım çağırsa da, reanimasiya tədbirləri nəticəsiz qalıb.
Polis və prokurorluq faciəvi hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.