İkinci Dünya Müharibəsindən qalan bombanı qazanla səhv saldı
24 fevral 2024 17:50 (UTC +04:00)

İkinci Dünya Müharibəsindən qalan bombanı qazanla səhv saldı

Britaniyada Yan Geri adlı şəxs  yerli ərazidə qızının yeni evinin yerində tikinti işləri apararkən İkinci Dünya Müharibəsindən qalma 500 kiloqramlıq alman bombası tapıb.

Lent.az “Daily Mail”ə istinadla xəbər verir ki, britaniyalı evin bünövrəsinin altında xəndək qazırarkən kürəyi metal korpusa dəyib. O, köhnə qazana və ya metal qırıntısına rast gəldiyini güman edib. Sonradan onun partlamamış mərmi olduğunu bilən kişi polisə müraciət edib.

Bomba götürülüb və zərərsizləşdirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10656
avatar

Oxşar yazılar