“İki gecə yatmağa qoymadılar” – yoxa çıxan jurnalistin İLK AÇIQLAMASI  -VİDEO
16 mart 2022 10:15 (UTC +04:00)

“İki gecə yatmağa qoymadılar” – yoxa çıxan jurnalistin İLK AÇIQLAMASI -VİDEO

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Vremya” verilişinin canlı efiri zamanı kameralar qarşısında əlində “Müharibəyə yox” sözləri yazılmış poster nümayiş etdirən redaktor Marina Ovsyannikova məhkəmədən sonra ilk açıqlamasını verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Marina Ovsyannikova açıqlamasında qeyd edib ki, o, 14 saat dindirilib.

“Hər kəsə dəstəyə görə təşəkkür etmək istəyirəm. Bu, mənim həyatımda həqiqətən çox çətin günlərdir. İki günü yuxusuz keçirdim. Dindirmə 14 saatdan çox davam etdi. Ailəmlə və dostlarımla əlaqə saxlamağa icazə verilmədi, mənə hüquqi yardım göstərilmədi” - deyə Ovsyannikova bildirib.

Qeyd edək ki, məhkəmə redaktoru 30 min rubl (425 AZN) məbləğində cərimə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039
avatar

Fidan İlqar

Oxşar yazılar