2024-cü ildə temperatur 2023-cü ilə nisbətən daha yüksək ola və bununla da daha bir istiləşmə rekordu qıra bilər.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Baş Geofizika Rəsədxanasının aparıcı elmi işçisi Andrey Kiselev bildirib.
Onun sözlərinə görə, istiləşmə daimi donmuş ərazinin deqradasiyasına gətirib çıxara bilər. Bu da birbaşa ölkələr üçün infrastruktur çətinlikləri ilə nəticələnəcək.
Ekspert xəbərdarlıq edib ki, buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxması bir çox alçaq ərazilərdə daşqın təhlükəsi yaradır.
Kiselev qeyd edib ki, temperaturun artması ilə əlaqədar olaraq, əbədi don zonasında yerləşən infrastrukturun sıradan çıxması riski də artır.