Gümrünün meri vəzifəsinə namizəd narkotik çəkib  Paşinyanla görüşə gəldi
20 noyabr 2024 13:55 (UTC +04:00)

Gümrünün meri vəzifəsinə namizəd narkotik çəkib Paşinyanla görüşə gəldi

“Vətəndaş müqaviləsi” partiyasının komandasında təkcə hökumətdə deyil, yerli özünüidarəetmə orqanlarında da vəziyyət qızışır. 

Lent.az-ın xəbərinə görə, bu barədə “Joxovurd” qəzeti yazır.

Nəşrin məlumatına görə, hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin noyabrın 12-də keçirilən iclasında yeni qalmaqal baş verib.

“Çərşənbə axşamı Gümrüdəki anarxik vəziyyətin müzakirə olunduğu görüşdə Nikol Paşinyan gözlənilmədən iclasda iştirak edən “Vətənaş müqaviləsi” deputat fraksiyasının üzvü, Gümrü merliyinə ehtimal olunan namizəd Karen Saruxanyanı müayinədən keçmək üçün güvəndiyi həkimin və təhlükəsizlik xidmətinin əməkdaşının müşayiəti ilə narkotik testinə göndərib. 

“Joxovurd” qəzetinin məlumatına görə, test müsbət nəticə verib, yəni Saruxanyanın qanında narkotik aşkarlanıb.

Xatırladaq ki, noyabrın 10-da məlum olub ki, Karen Saruxanyanın əmisi oğlu Varuj Xojumyan və onun dostu, Gümrü Ağsaqqallar Şurasının “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Parqev Gevorkyanın narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb. O, “Vətəndaş müqaviləsi”inin imicinə kölgə salmamaq üçün bu yaxınlarda hakim partiyanı tərk etdiyini açıqlayıb.

“Joxovurd” ilə söhbətində Karen Saruxanyan narkotik testinin müsbət nəticəsi ilə bağlı şayiələri təkzib etməsə də, təsdiqləməyib. Deputat Dövlət qəzetin məlumatının mənbəyi ilə maraqlansa da, öz reputasiyasından narahat olmayıb.

“Testinizin nəticəsi müsbət çıxıb, narkotikdən istifadə etmisiniz?” sualını “Vətəndaş müqaviləsi”nin deputatı “qapalı iclasdan nəyisə necə bilmək olar?” deməklə cavabsız qoyaraq təkzib etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar