Rusiyanın Soçi şəhər rəhbərliyi turistlərlə fotosessiya üçün heyvanlardan istifadə edən fotoqraflara qarşı reyd keçirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, administrasiya rəsmiləri heyvanlara qarşı bir neçə amansızlıq faktı aşkarlayıb və fotoqraflara qarşı 6 inzibati protokol tərtib ediblər.
Şəhər sakinlərindən bu cür qanun pozuntuları ilə bağlı səlahiyyətli orqanlara məlumat verməyə çağırılıb.