Formasız qalan polislər belə geyindilər
05 aprel 2024 15:05 (UTC +04:00)

Formasız qalan polislər belə geyindilər

Almaniyanın Bavariya federal əyalətində polis məmurları şortik geyindikləri formaları ilə videonu çəkib “Youtube”da yerləşdiriblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının şalvarı çatmır. Bu, polis geyimlərinin verilməsində gecikmənin ictimailəşdirilməsi üçün qəsdən edilib.

Alman Polis Assosiasiyasının məlumatına görə, Bavariyada asayiş keşikçiləri 4 aydan artıqdır ki, şalvar, papaq və gödəkçələrin gəlməsini gözləyirlər.

Bavariya Daxili İşlər Nazirliyi Ukraynaya hərbi əməliyyatlarda kömək etdikləri üçün geyimlərin tədarükünün gecikdiyini bildirir. Qeyd olunur ki, sadəcə olaraq, kifayət qədər pul yoxdur. Bununla belə, polis qeyd edir ki, gecikmələr koronavirus pandemiyası zamanı başlayıb.

# 1800
avatar

Oxşar yazılar