Ermənistanda bir gündə bir neçə  yüksək vəzifəli məmur   istefa verdi
17 noyabr 2024 23:32 (UTC +04:00)

Ermənistanda bir gündə bir neçə yüksək vəzifəli məmur istefa verdi

Erməni sosial şəbəkələri Paşinyanın bazar günü axşam hökumətdə real təmizləmələr həyata keçirdiyini yazır.

Lent.az xəbər verir ki, shamshyan.com saytının məlumatına görə, baş nazir bu gün sərt söhbət etdiyi ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Balasyanı yanına çağırıb. Məhz bundan sonra məmurlar istefa ərizələrini təqdim ediblər.

“24news” xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib.

Şayiələrə görə, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da öz həmkarlarından nümunə götürüb.

Qeyd edək ki, bütün bunlar hələ rəsmi təsdiqini tapmayıb.

İstefaların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712
avatar

Oxşar yazılar