Ermənistan Rusiya ilə təmaslardan yayınır - XİN AÇIQLADI
05 iyun 2024 05:05 (UTC +04:00)

Ermənistan Rusiya ilə təmaslardan yayınır - XİN AÇIQLADI

İrəvan Moskva ilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə təmaslara maraq göstərmir.

Lent.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bildirib.

Onu sözlərinə görə, bu, Qərbin Ermənistana göstərdiyi təzyiqlərin nəticəsidir.

“2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin bir dənə də görüşü olmayıb”, - Qaluzin vurğulayıb.

XİN başçısının müavini əlavə edib ki, iki ölkənin müdafiə idarələri arasında təmasların dinamikası da azalıb, hərbi-texniki əməkdaşlıq zəifləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Oxşar yazılar