Dünyada ən yaxşı yemək verilən şəhərlər - SİYAHI
07 fevral 2024 11:08 (UTC +04:00)

Dünyada ən yaxşı yemək verilən şəhərlər - SİYAHI

İnsanlar dünya ölkələrinin müxtəlif şəhər və ölkələrini gəzməkdən həzz alırlar. Amma bəzi şəxslər var ki, həmin ölkələrin mətbəxini sevdiyi üçün səyahət edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü il üçün milyonlarla turistin rəylərini öyrənən ekspertlər dünyanın qastroturizm üçün ən yaxşı şəhərlərini - turistlərin səhər yeməyi, nahar və şam yeməyini aralarında çoxsaylı qəlyanaltılar ilə yeyə biləcəyi yerləri müəyyən ediblər.

Reytinqdə həm müsbət , həm də mənfi rəylər, səyahətçilərin keyfiyyət, təmizlik və ya xidmətlə bağlı şikayətləri, eləcə də dekorasiyadan tutmuş müəssisədəki qoxulara qədər daha çox şey nəzərə alınıb.

Reytinqin lideri Vyetnamın paytaxtı - Hanoy olub, burada səyahətçilər hər şeydə, o cümlədən qastronomiyada tarixi ənənələrin və müasir tendensiyaların məharətlə birləşməsini vurğulayıblar. Vyetnam mətbəxinin ən məşhur yeməklərindən bəziləri arasında Pho əriştə şorbası, Goi Cuon bulkaları, Banh Heo isti pancake, Khao Lau əriştəsi, Bun Cha qızardılmış küftə, Banh Mi sendviçləri, Cha-ka Lavonq zerdeçal balığı və Koh Tam düyü daxildir.

2024-cü ildə dünyanın ən yaxşı 10 qida turizmi istiqaməti:

1.Hanoi, Vyetnam.

2.Roma, İtaliya.

3.Krit, Yunanıstan.

4.Cusco, Peru.

5.Florensiya, İtaliya.

6.Yeni Dehli, Hindistan.

7.Barselona, ​​İspaniya.

8.Yeni Orlean, ABŞ.

9.Lissabon, Portuqaliya.

10.Phuket, Tayland.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4035
avatar

Fidan İlqar

Oxşar yazılar