Bişkek-İstanbul aviareysində həyəcanlı anlar yaşanıb.
Lent.az xəbər verir ki, təyyarədə olan bir neçə aylıq körpə Ankaraya enməyə yarım saat qalmış anidən infarkt keçirib. Bu durumda körpənin valideynləri təlaş içərisində onu qurtarmaq üçün nə edəcəklərini bilməyiblər. Onların köməyinə təyyarədə olan türkiyəli millət vəkili doktor Rəcəb Şəkər yetişib.
Deputat nəfəsi tutulan və ürəyi dayanmış körpəni masaj vasitəsilə yenidən həyata qaytara bilib.