Çin hakimiyyəti hələ də Şanxay meqapolisində koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilmir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsindən bildirilib.
Ötən gün ölkədə 1350 nəfərin koronavirusla kəskin formada xəstələnməsi qeydə alınıb və Çində ayrıca qeydə alınan 23 815 asemptomatik yoluxma halı müəyyən edilib. Onlardan müvafiq olaraq 16 və 78 xəstə xaricdən gəlib, qalanları isə ölkə daxilində yoluxub.
Şanxay epidemiyanın episentri olaraq qalır. Orada ötən gün 1015 nəfərin koronavirusla kəskin formada xəstələnməsi və 22 609 asemptomatik yoluxma halı qeydə alınıb.
Şəhərdə ciddi karantin tədbirləri tətbiq edilib və virusun yayılmasının qarşısını almaq üçün ölkənin digər bölgələrindən əlavə tibb işçiləri, o cümlədən hərbi tibb işçiləri ora göndərilib.
Çində yoluxma PİK HƏDDƏ: Ciddi karantin tədbirləri qayıdır
Oxşar yazılar

Naməlum şəxs iki nəfəri güllələdi
29 iyul 2025 , 05:39
Rusiya bu sərhəd keçid məntəqələrini bağlayacaq - Qərar verildi
28 iyul 2025 , 22:40
SEPAH generalının qızı atasının necə öldürüldüyünü AÇIQLADI
28 iyul 2025 , 17:55
Türkiyədə 44 meşə yanğını nəzarətə götürüldü
28 iyul 2025 , 02:28
Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50