Bu tarixi qaçırmayın: Super Ay  görünəcək - FOTO
11 avqust 2022 12:33 (UTC +04:00)

Bu tarixi qaçırmayın: Super Ay görünəcək - FOTO

2022-ci il avqustun 12-də Super Ay hadisəsi baş verəcək.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ay Yerə ən yaxın məsafədə olacaq. Bu səbəbdən adi günlərdə müşahidə olunan bədirlənmiş Ayla müqayisədə 14 faiz böyük və 30 faiz daha parlaq görünəcək.

Təbiət hadisəsini izləmək üçün ən yaxşı vaxt səhər tezdən - Bakı vaxtı ilə saat 04:36-da olacaq.

Bu, ilin sonuncu Super Ay hadisəsi olmalıdır. Bundan öncə may, iyun və iyul aylarında da Super Ay görünüb.

Avqustun 11-dən 13-dək gecə səmada meteor yağışı da müşahidə olunacaq. Biz buna adətən "ulduz axdı" deyib, dilək tuturuq.

Dilək tutun, ümidlənin, çin olmasa, babalı ulduzların boynuna.

 

# 2931
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar