Bu ölkənin keçmiş prezidenti xərçəngdən öldü
29 fevral 2024 23:06 (UTC +04:00)

Bu ölkənin keçmiş prezidenti xərçəngdən öldü

Tanzaniyanın keçmiş prezidenti Əli Həsən Mvinyi 98 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Tanzaniyanın hazırkı prezidenti Samiya Suluhu keçmiş dövlət başçısının vəfatı ilə əlaqədar 7 günlük matəm elan edib.

Mvinyi 1985-1995-ci illərdə dövlət başçısı olub və bu vəzifədə Tanzaniyanın ilk prezidenti Julius Nyerereni əvəzləyib. Onun oğlu Hüseyn Mvinyi Zənzibarın prezidentidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3723
avatar

Oxşar yazılar