Bu ölkədə "qanuni oğru" qalmadı:  Azərbaycanlılar da yoxdu
07 iyun 2021 16:17 (UTC +04:00)

Bu ölkədə "qanuni oğru" qalmadı: Azərbaycanlılar da yoxdu

“Bu gün Ukraynada bircə nəfər də olsa “qanuni oğru” qalmayıb”.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik Şurasının iclasında qurumun katibi Aleksey Danilov bildiib. 

“İlin əvvəlində ölkədə “qanuni oğru” statusuna malik 34 nəfər yaşayırdı. İndi bu rəqəm sıfıra bərabərdi”, - deyə o qeyd edib. 

Xatırladaq ki, ötən ay Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası 557 “qanuni oğru”ya qarşı sanksiya tətbiq etmişdi. Həmin vaxt bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram səhifəsində yazmışdı. Sanksiyalara məruz qalan şəxslərin adları göstərilməsə də, onların Ukraynaya girişi qadağan edilmiş, aktivləri bloklanmış, vizaların verilməsində imtina edilmişdi. Həmin siyahıda 18 azərbaycanlı “qanuni oğru”nun da adı vradı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4276

Oxşar yazılar