Birləşmiş Krallıqda hər gün meymun çiçəyinə yeni yoluxma aşkar edilir.
Lent.az-ın xəbərinə görə, bu məlumatı Britaniyanın Sanitar Təhlükəsizlik Agentliyinin nümayəndəsi Syuzan Hopkins BBC-yə müsahibəsində deyib.
Hopkins bildirib ki, ötən həftə 20 xəstə aşkar edilib. Bu həftənin statistikası isə bazar ertəsi elan ediləcək.
O, xəstəliyin Afrikadan gələnlərlə təmasda olanlar arasında yayılması iddiasınnı da təkzib edib.