Azərbaycanda evlənməyə hazırlaşanların DİQQƏTİNƏ  – “Kodlaşdırmaq lazımdır...” 
15 aprel 2024 16:02 (UTC +04:00)

Azərbaycanda evlənməyə hazırlaşanların DİQQƏTİNƏ – “Kodlaşdırmaq lazımdır...” 

İnsanların əksəriyyətinin haqqında çox erkən yaşlardan düşünməyə başladığı, xəyallarını qurduğu hadisələrdən biri də evlilikdir. Lakin bir çoxları üçün evlilik gözəl xəyallar olmaqdan çıxıb, qorxulu bir kabusa çevrilir.

Ailə qurarkən hər iki tərəfin də evliliyə hazır olması vacib nüanslardan biridir. 

Bəs, görəsən, bir gənc psixoloji cəhətdən evliliyə hazır olub-olmadığını necə müəyyən edə bilər?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, bir gəncin evliliyə hazır olub-olmadığını müəyyən etməyin müxtəlif yolları var.

Onun sözlərinə görə, evlilik barədə hər iki tərəfin "mən evliliyə hazırammı?" düşüncəsi, yəni, evlilik sonrası həyata nə dərəcədə hazır olması da məsələyə təsirsiz ötüşmür:

“Bəzi kişilər sanki hər şeyi əvvəlcədən proqramlaşdırırlar. Bu cür şəxslər 23-24 yaşından sonra evlənəcəyini düşünürlər və bu yaşa qədər "subaylıq sultanlıqdır" deyib öz həyatlarını yaşayırlar. Hər şeyini əvvəlcədən planlaşdırıb və bu planlamaya sadiq qalan insanlar hər zaman doğru addım atmağı bacarırlar. Bu cür insanlar özlərini psixoloji olaraq evliliyə hazırlayırlar. Çünki onlar bu istiqamətdə beyinlərini çox yaxşı kodlaşdırırlar. Təbii ki, nevroz, şizofren insanlardan bu addımı gözləmək düzgün deyil. 

Digər tərəfdən "artıq ana ola bilərəm" düşüncəsində olan qadınların nə qədər yanlış addım atdığının şahidi oluruq. Gənc qızlar ailənin sadəcə gəlinlikdən ibarət olmadığını anlamalıdır. Çünki bu gün 34-35 yaşında qadınların 17-18 yaşında uşaqlarını olduğunu görürük. Əlbəttə ki, bunların hamısı erkən evlilik ucbatından baş verib. Daha çox qızlar erkən yaşlarından evliliyə can atır. Lakin bu düzgün deyil. Burada valideynin də rolu böyükdür. Çünki o övladına evliliyi hərtərəfli başa salmağı, erkən evliliyin yaxşı bir şey olmadığını izah etməlidir. Əlbəttə ki, son dövrlərdə düşüncə də dəyişib. Hər kəs ailə qurmaqdan əvvəl karyera qurmağı planlaşdırır. Belə olduqda isə sağlam evlilik düşüncəsi qızlarda 24-29 yaş arasında olur”.

# 5136
avatar

Arzu Qurbanlı

Oxşar yazılar