Bu ölkədə elektrik və yanacaq kəskin bahalaşıb
25 fevral 2024 18:05 (UTC +04:00)

Bu ölkədə elektrik və yanacaq kəskin bahalaşıb

Almaniya vətəndaşları 2024-cü ildə 2021-ci illə müqayisədə elektrik enerjisi, istilik və yanacağa 41 faizə qədər daha çox pul ödəyirlər.

Lent.az-ın xəbərinə görə, bu barədə “Funke” qəzeti “Verivox” istehlak araşdırma portalının tədqiqatına istinadən məlumat yayıb.

Tədqiqat zamanı şərti olaraq 3 nəfərlik ailə əsas götürülüb. Beləliklə, 3 il əvvəl bir ailənin elektrik, istilik və yanacaq xərcləri 3,7 min avro təşkil edibsə, hazırda bu göstərici 1,5 min avro daha çoxdur.

Qeyd edilib ki, 2021-ci ildə COVİD-19-la qlobal enerji böhranı başlayıb, neft, qaz və elektrik enerjisinin çatışmazlığı və qiymət artımı müşayiət olunub, 2022-ci ildə Ukrayna böhranının başlanması ilə bu tendensiya güclənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6126
avatar

Oxşar yazılar