Bu ölkə  Rusiya ilə sərhədə elektron hasar çəkir
10 dekabr 2022 04:02 (UTC +04:00)

Bu ölkə Rusiya ilə sərhədə elektron hasar çəkir

Polşanın Sərhəd Xidməti Rusiya ilə sərhədə elektron hasar çəkilməsi üçün podratçı şirkətlə müqavilə bağlayıb.

Lent.az-ın Polşanın Sərhəd Xidmətinə istinadla xəbərinə görə, 199 km uzunluqda hasarın inşası 82 milyon avroya başa gələcək.

Bildirilib ki, elektron hasar Rusiyanın Kalininqrad vilayəti ilə olan bütün quru sərhədini əhatə edəcək. Sərhədin kiçik bir hissəsində artıq bir neçə ildir elektron hasar tətbiq edilir. 
 

# 1842
avatar

Oxşar yazılar