Böyük texnologiya şirkətləri bu addımı atır
11 dekabr 2022 19:14 (UTC +04:00)

Böyük texnologiya şirkətləri bu addımı atır

Yüksək inflyasiya və Rusiya-Ukrayna müharibəsi ilə yaşanan enerji böhranının dünyada iqtisadi inkişafı zəiflətməsi fonunda xüsusilə ABŞ və Avropada bir çox şirkət işçilərini ixtisar etməyə, yeni işçilərin qəbulunu dayandırmağa başlayıb.

Lent.az-ın xəbərinə görə, bu il 946 texnologiya şirkəti 148 min 431 əməkdaşını işdən çıxarıb.

“Crunchbase”-in məlumatlarına əsasən, təkcə ABŞ-da 946 texnologiya şirkətində 90 mindən artıq insan işini itirib. İlin üçüncü rübündə gəlirlərlə bağlı proqnozlar özünü doğrultmadığı üçün “Amazon” və “Meta” kimi şirkətlər də ixtisarlara gedir. Elektron ticarət nəhəngi “Amazon” dünyadakı işçilərinin 3 faizini – 10 min nəfəri işdən çıxarmağı planlaşdırır. Bu, 1994-cü ildən sonra işdən çıxarılma ilə bağlı ən böyük göstərici olacaq.

Elektron bankçılıqla məşğul olan “Chime Financial” işçlərinin 12 faizini, yaxud 160 nəfəri, 83 min işçisi olan “Cisco Systems” işçilərinin 5 faizini işdən çıxarmağa hazırlaşdığını açıqlayıb.

Kriptovalyuta bazarında böhranlı durum səbəbindən “Coinbase” hələ iyun ayında əməkdaşlarının 18 faizi, yaxud 1200-ü ilə vidalaşacağını açıqlayıb. “DoorDash” 1250 işçisini, “Galaxy Digital Holdings” işçilərinin 20 faizini azaltmaq niyyətindədir. Fərdi noutbuklara tələbatın azalması səbəbindən “HP Inc.” gələcək 3 il ərzində 6 min işçisi ilə yollarını ayıracaq.

Dünyanın ən böyük mikroçip istehsalçılarından “Intel” əməkdaşlarının 20 faizini işdən çıxarmağı planlaşdırdığını açıqlayıb, “Microsoft” isə artıq 1000-ə yaxın əməkdaşını işdən çıxardığını elan edib.

Kriptovalyuta birjası “Kraken” işçilərinin 30 faizinin, yəni 1100 nəfərin işinə son verəcək.

Avtomobil sifarişi şirkəti “Lyft” əməkdaşlarının 13 faizini, yəni 683 nəfəri ixtisar edəcəyini açıqlayıb.

“Facebook”-un sahibi “Meta” şirkəti 11 mindən çox əməkdaşının əmək müqaviləsinə son verəcək. Bu il şirkətin səhmləri 60 faizdən çox dəyər itirib.

Dünyanın ən böyük kompüter diskləri istehsalçılarından “Seagate Technology Holdings Plc” artıq 3 min nəfərin işinə son verib. Elektron ödəmə platforması “Stripe” əməkdaşlarının 14 faizi, yaxud 1000 nəfəri işdən çıxarmaqla bağlı qərar qəbul edib.

“Twitter”-də də işdən çıxarmalar başlayıb, 3 min 700 nəfər işdən çıxarılıb.

“Netflix” 450 əməkdaşıyla yolunu ayırıb. “Peloton” 800-dən çox işçisini, “Robinhood” əməkdaşlarının 23 faizini, “Snapchat” 20 faizini, “Shopify” 10 faizini, “Cameo” 25 faizini, “Calm” 20 faizini ixtisara salacağını açıqlayıb.

Avtomobil şirkətləri də ixtisarlara gedir. “Ford Motor” artıq işçilərinin 3 mini ilə vidalaşıb. “Tesla” işçilərinin 10 faizini ixtisar etməyi planlaşdırır. Maliyyə xidmətlər şirkəti “Morgan Stanley” dünyadakı 81 min 567 işçisindən 1600-ə yaxınını işdən çıxarıb.

“Pepsi” istehsalçısı “PepsiCo” şirkəti Şimali Amerikada yüzlərlə işçisinin ixtisarına hazırlaşır.

Avropada da ixtisarlar başlayır. “Air France” 300 nəfərin işinə son vermək üçün həmkarlar ittifaqları ilə müzakirələr aparır.

Almaniyanın kimya şirkəti BASF işdən çıxarmalar da daxil olmaqla, 2024-cü ilə qədər illik xərclərini 500 milyon avro azaltmağı planlaşdırır. “Henkel” isə artıq 2 nəfəri işdən çıxarıb. Külək turbinləri istehsalçısı “Siemens Gamesa” 2 min 900 işçisiylə yollarını ayırmaq planını elan edib. Almaniyanın avtomobil və sənaye tədarükçüsü “Schaeffler” 2026-cı ilə qədər 1300 işçisini ixtisar edəcək. İtaliyanın üçüncü böyük bankı “Monte dei Paschi di Siena” 3 min 500 işçisi ilə yollarını ayırmaq üçün həmkarlar ittifaqları ilə razılaşma əldə edib.

Hollandiyanın tibbi ləvazimatlar istehsalçısı “Philips” 4 min nəfəri işdən çıxarmağı planlaşdırır.

Almaniyanın kənd təsərrüfatı şirkəti “InFarm” artıq işçilərinin 50 faizi ilə yollarını ayırıb.

Asiyada da texnologiya şirkətləri ixtisarlara gedir. Təkcə Çinin “Alibaba” şirkəti 10 min işçisi ilə vidalaşıb. “Credit Suisse Group” Asiyada 9 min nəfəri işdən çıxarmaq planı hazırlayır, “Tencent” isə artıq 5 min 500 nəfərin işinə son qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2538
avatar

Oxşar yazılar