ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Vaşinqtonun Təl-Əvivin İrana qarşı hücum əməliyyatında iştirak etməyəcəyini bildirib.
Lent.az-ın xəbərinə görə, bu barədə CNN telekanalı ABŞ administrasiyasının adını çəkilməyən nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Co Bayden bundan əvvəl ABŞ hərbçilərinin bacarığı sayəsində İsrailə yönəlmiş PUA və raketlərin vurulduğunu bildirib.