Bayden DƏHŞƏTLƏRİ  xatırlayır: "İldırım vurdu, xanımım ölürdü"
22 avqust 2023 12:48 (UTC +04:00)

Bayden DƏHŞƏTLƏRİ xatırlayır: "İldırım vurdu, xanımım ölürdü"

Bayden 2004-cü ildə baş verən yanğında az qala həyat yoldaşını, avtomobilini və pişiyini itirdiyini bildirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Maui adasındakı şiddətli yanğınlardan sonra gəldiyi Havayda çıxış edən ABŞ prezidenti Co Bayden yerli sakinlərlə görüşüb.  Co Bayden bildirib ki, 15 il  əvvəl evində baş verən yanğında az qala həyat yoldaşını, avtomobilini və pişiyini itirəcəkdi. Baydenin sözlərinə görə, ildırım evi vurub və naqilləri zədələyib. Nəticədə, prezidentin dediyinə görə, o, az qala həyat yoldaşı Cillini, 1967-ci ildə istehsal olunmuş “Corvette” markalı  avtomobilini  və bir pişiyini itirəcəkdi. Maraqlıdır ki, 2004-cü ildə Amerika mediasının nəşrlərində ildırımdan yanğın zamanı senator Baydenin evinə demək olar ki, ziyan dəymədiyi bildirilirdi. Belə ki, “yanğın yalnız evin mətbəxini əhatə edib. Hadisə zamanı xəsarət almayan Baydenin həyat yoldaşı yanğınsöndürənləri tək çağırıb. Yanğın 20 dəqiqə ərzində nəzarətə götürülüb.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden vətəndaşları Kaliforniyada gözlənilən Hillari tropik qasırğasını ciddi qəbul etməyə, federal və yerli rəsmiləri dinləməyə çağırıb. ABŞ rəhbəri bildirib ki, o, artıq Kaliforniya qubernatoru Qevin Nyusomla fırtına zamanı təhlükəsizliyin təmin edilməsinə yönəlmiş zəruri tədbirləri müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1862

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45