Baxmutda mərmi düşməyən yer qalmayıb - Zelenski
10 dekabr 2022 03:01 (UTC +04:00)

Baxmutda mərmi düşməyən yer qalmayıb - Zelenski

Ukrayna Prezidenti Volodimiz Zelenski Donbas cəbhəsi istiqamətində vəziyyətin ağır olduğunu, Baxmut şəhərinin faktiki olaraq dağıldığını bildirib.

Lent.az-ın xəbərinə görə, dövlət başçısı videomüraciətində Donetsk istiqamətində ağır toqquşmaların getdiyini bildirib.

“Cəbhənin əsas istiqamətlərində vəziyyət çox ağırdır. Soledar, Kremennaya və Baxmutda mərmi düşməyən yer qalmayıb. Baxmut şəhəri faktiki olaraq dağılıb. Rusiya ordusu buranı xarabalığa çevirib” – deyə Zelenski vurğulayıb. 
 

# 1449
avatar

Oxşar yazılar