Moskvada azərbaycanlı iş adamları Zarah İliyev və Qod Nisanova məxsus “Sadovod” bazarına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.
Lent.az-ın Rusiya KIV-ə istinadən məlumatına görə, hazırda bazarda təxliyə aparılmasa da, anonim zəng araşdırılır.
Qeyd edək ki, “Sadovod” Rusiyanın ən böyük bazarı sayılır. Burada 8 minə yaxın mağaza var və həmin ticarət obyektlərində on minlərlə işçi çalışır. Hər il on milyonlarla insan bu bazardan alış-veriş edir.