Ayı 5 uşaq atasını parçaladı, özü də öldü -  FOTO
01 iyul 2022 13:54 (UTC +04:00)

Ayı 5 uşaq atasını parçaladı, özü də öldü - FOTO

Türkiyənin Ərzurum şəhərində ağ ayı çobana hücum edib.

Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə iyunun 30-da axşam saatlarında baş verib. Rayonun Olur Hükam kəndində qoyun otaran 5 uşaq atası 44 yaşlı Fateh İlhana ağ ayı hücum edib. Bu zaman ayı onun bədəninin müxtəlif nahiyələrini parçalayıb.

Çoban da ayıya ov tüfəngi ilə atə. açıb. Hadisə nəticəsində çoban da, ayı da ölüblər.

Çobandan xəbər ala bilməyən ailə üzvləri polisə xəbər veriblər. Dronlar vasitəsilə aparılan axtarış nəticəsində Fateh İlhanın parçalanmış cəsədi tapılıb. Davam etdirilən axtarışlar zamanı bir qədər aralıda çobana hücum edən ayının da cəsədi aşkar edilib.

Çobanın meyiti helikopterlə ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Fateh İlhan

Çobana hücum edən ayı

Çobana hücum edən ay

# 3432
avatar

Oxşar yazılar