Almaniyanın keçmiş kansleri Angel Merkelin həyat yoldaşı, tanınmış alim Yoahim Sauer alman xalqını tənqid edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, İtaliyanın “Republika” qəzetinə müsahibəsində bildirib ki, almanlar peyvəndlənməyə laqeyd yanaşırlar.
Sauerin sözlərinə görə, indiyə kimi 68 faiz alman peyvənd olunub. Bu isə İtaliya, İspaniya, Portuqaliya və Danimarka kimi ölkələrin sayından azdır.