ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır
23 mart 2023 06:00 (UTC +04:00)

ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

ABŞ-da ələ keçirilən Anadoluya aid 12 tarixi əsər məhkəmə qərarı ilə Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğuna təhvil verilib.

Lent.az xəbər verir ki, uzun müddət davam edən sınaqlar nəticəsində əsərlər Nyu-Yorkdakı baş konsul Reyhan Özgür və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinin iştirak etdiyi Manhetten Rayon Prokurorluğunda təşkil olunan mərasimdə geri qaytarılıb.

Baş konsul R.Özgür mərasimdəki çıxışında Nyu-Yorkun prokuroru Alvin Braqqa və Daxili Təhlükəsizlik İstintaq Bürosunun agentlərinə təşəkkür edib.

“Son illərdə mədəni və tarixi əsər qaçaqmalçılığı ilə mübarizə sahəsində əldə etdiyimiz əməkdaşlığı yüksək qiymətləndirirəm. Manhetten Bölgəsi Prokurorluğu, Daxili Təhlükəsizlik Təhqiqatları qrupu və Milli Təhlükəsizlik Araşdırmaları qrupu arasında qurulan sabit və qüsursuz əlaqə ilə səmərəli nəticələr əldə edirik”, - deyə R.Özgür söyləyib.

Tarixi əsərlər üzərində birgə işlərin Türkiyə ilə ABŞ arasında əməkdaşlığı gücləndirdiyini deyən Özgür, bunların mədəni sərvətlərin qaçaqmalçılığı ilə mübarizə aparan dünya ictimaiyyəti üçün də nümunə olduğunu dilə gətirib.

Nyu-York prokurorunun köməkçiləri Metyu Boqdanos və Lisa DelPizzo da çıxışlarında sözügedən tarixi əsərlərin təsbit edilərək qaytarılmasından məmnun olduqlarını və bu mövzuda Türkiyə ilə yaxından işləməyə davam edəcəklərini vurğulayıblar.

Əsərlərin sərgiləndiyi salonda edilən çıxışlardan sonra baş konsul Özgür və DelPizzonun imzaları ilə təhvil-təslim prosesi tamamlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1433

Oxşar yazılar

Pedofil polis HƏBS OLUNDU:  3000-dən çox video yığıb

Pedofil polis HƏBS OLUNDU: 3000-dən çox video yığıb

9 may 2025 , 12:57
Qələbə yürüşünün iştirakçıları saxlanıldı

Qələbə yürüşünün iştirakçıları saxlanıldı

9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün  vergilər artır

Bu ölkədə varlılar üçün vergilər artır

9 may 2025 , 11:51
Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var

Konsert zamanı səhnə uçdu, yaralılar var

9 may 2025 , 09:28
Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

9 may 2025 , 08:25
ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50