Rusiyada iki azərbaycanlıya cinayət işi açıldı
17 dekabr 2019 10:53 (UTC +04:00)

Rusiyada iki azərbaycanlıya cinayət işi açıldı

Surqutda iki azərbaycanlı həbs edilib.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, iki azərbaycanlı adıçəkilən şəhərdə qanunsuz kazino təşkil ediblər. Onlar qısa müddətdə bu kazinodan 2 milyon rubl (təxminən 52 min manat) qazanıblar. Lakin onların bu “uğur”u çox çəkməyib. Həmyerlilərimizin qanunsuz əməlini şəhərin hüquq-mühafizə orqanları tərəfindən aşkar edib və faktla bağlı cinayət işi başlanılıb.

Hər iki azərbaycanlının işi məhkəməyə göndərilib və onların 4 il cəza çəkəcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar