Rusiyanın Volqaqrad şəhərində yol polisi qaydanı pozan azərbaycanlı sürücünü saxlayıb.
Lent.az Rusiyanın “Komsomolıskaya Pravda” saytına istinadən xəbər verir ki, polis təqdim edilən sənədlər əsasında yerindəcə apardığı araşdırma zamanı sürücünün 500-dən çox qayda pozuntusuna yol verdiyini müəyyən edib.
Ümumilikdə 250 min rubl ( təxminən 6500 manat) məbləğində cəriməsi olan azərbaycanlının maşını cərimə meydançasına göndərilib.
Yol polislərini şoka salan bu faktın Rusiyanın yol hərəkəti tarixində ilk olduğu qeyd olunur.