6-cı mərtəbədən düşən uşağın burnu belə qanamadı- İNANILMAZ HADİSƏ
05 may 2021 02:14 (UTC +04:00)

6-cı mərtəbədən düşən uşağın burnu belə qanamadı- İNANILMAZ HADİSƏ

6-cı mərtəbədən yıxılan 2 yaşlı körpə park edilmiş avtomobilin şüşəsindən içəri düşüb. 

Lent.az xəbər verir ki, hadisə Türkiyənin Sultanqazi adlı bölgəsində baş verib. 2 yaşlı Səlim Karagöz 6-cı mərtəbədən yıxılaraq park edilmiş avtomobilin şüşəsinə dəyib və şüşəni sındıraraq ön oturacağın üzərinə düşüb.

Hadisə baş verən yerin yaxınlığında olanlar təcili olaraq uşağı xəstəxanaya çatdırıblar. 

Xəstəxananın reanimasiya şöbəsində müalicə alan Səlim Karagöz, möcüzəvi şəkildə sağ qalan uşaq olaraq hər kəsi təəccübləndirib. Ən əsası da səhhətinin yaxşı olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar