14 yaşlı 91 yaşlı  qadını zorladı
13 noyabr 2024 16:18 (UTC +04:00)

14 yaşlı 91 yaşlı qadını zorladı

ABŞ-ın Florida ştatında 14 yaşlı oğlan 91 yaşlı qadını döyərək zorlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, iyun ayında Cess Stoun açıq qapıdan yaşlı qadının evinə daxil olub, “iPad”də pornoya baxıb və sonra onun yatağına doğru gedib. Zərərçəkmiş Kaitlin Hartiqanın sözlərinə görə, yeniyetmə onun üzünə vurub, alt paltarını çıxarıb və zorlayıb. Bu müddət ərzində qadın ondan dayanıb dua etməyi xahiş edib.

Daha sonra Stoun qaçıb və Hartiqan polisə müraciət edib. O, qanlı, şişmiş üzü və qollarında əzilmiş xəsarətlərlə xəstəxanaya aparılıb. Polis qadının qonşularından birinin çəkdiyi videodan və DNT testindən istifadə edərək təcavüzkarın şəxsiyyətini müəyyən edə bilib.

Hartiqan daha sonra Stounu tanıdığını söyləyib. Məlum olub ki, Stoun bir neçə dəfə qadına baş çəkib və ona “yaxşı oğlan” kimi görünüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar